Bu il ötən illlə müqayisədə nikaha daxil olanların sayında ciddi artım müşahidə edilir.
Sfer.az rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar-fevral ayları ərzində 9 606 nikah qeydə alınıb. Bu il qeydə alınan nikahların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 934 say və ya 68,6 faiz çoxdur.
Ötən ilin ilk 2 ayında hər 1000 nəfərə 3,5 nikah düşdüyü halda, bu ilin ilk 2 ayında 5,9 nikah düşüb.
Xatırladaq ki, 2022-ci ildə nikah saylarında kəskin artım ötən il tətbiq edilən sərt karantin qaydaları ilə bağlı olub. Toyların keçirilməsinə qadağanın tətbiq edilməsi nikah saylarına ciddi təsir etmişdi. Buna görə də müqayisədə 2022-ci ildə nikah sayında kəskin artım müşahidə olunub.
Lakin bununla belə qeyd edək ki, bu il nikahların sayı pandemiyadan əvvəlki dövrlə müqayisədə də çox yüksəkdir. Belə ki, 2019-cu ilin yanvar-fevral ayları ərzində 8 237 nikah olmuşdu. Müqayisə göstərir ki, cari dövrdə nikaha girənlərin sayı pandemiyadan öncəki tarixdən 16,6 faiz çoxdur. Bu, yüksək artım göstəricisi hesab edilir.
Vasif