ABŞ konqressmenləri Tayvana səfər etdi - Çin qəzəblənib hərbi təlimlərə başladı

Media 15 Aprel 2022 | 11:30
OXUNUB: 1414
ABŞ konqressmentlərinin Tayvana səfər etməsi Çini qəzəbləndirib. Çin buna cavab olaraq adanın ətrafında hərbi təlimlərə başlayıb.

Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, aprelin 15-də Çin döyüş gəmilərini, bombardımançıları, qırıcı təyyarələri və başqa hərbi təyinatlı döyüş vasitələrini Şərqi Çin dənizində Tayvan adasının ətrafına göndərib. Hərbi qüvvələr dəniz və hava məkanında çoxməqsədli döyüş patrulları və təlimləri keçirəcəklər.
 
Bundan əvvəl ABŞ Konqresinin üzvlərindən ibarət nümayəndə heyəti Tayvana qısa səfərə gəlmişdi. Qrupa respublikaçı senator Lindsi Qrem başçılıq edir. Aprelin 15-də amerikalılar Tayvanın baş qərargah rəisi Tsai İnq-ven və bəzi kabinet üzvləri ilə görüşməlidirlər. Görüşdə ikitərəfli münasibətlər və Asiya regionunda təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır.
 
ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, Vaşinqton Taypeyin Pekinə güc yolu ilə yenidən birləşməsinin qarşısını almaq üçün Tayvanın müstəqilliyini dəstəkləyəcək.
 
Vasif
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man