Səhiyyə nazirini qaçırmaq istədilər – 12 nəfərlik cinayətkar qrup YAXALANDI

Media 14 Aprel 2022 | 15:56
OXUNUB: 1349
Almaniyada Səhiyyə naziri Karl Lauterbaxı qaçırmağı planlaşdıran 4 nəfər saxlanılıb.
 
Sfera.az xəbər verir ki, saxlanılanlar da daxil olmaqla, ümumilikdə 12 nəfər barəsində bu məsələ üzrə istintaq başladılıb.
 
Bildirilib ki, onlar Səhiyyə naziri Lauterbaxı qaçırmaqdan başqa, mühüm elektrik stansiyalarına qarşı təxribat aksiyaları həyata keçirərək ölkə daxilində xaos yaratmağı hədəfləyiblər.

İstintaq çərçivəsində müxtəlif ştatlardakı 21 yaşayış məntəqəsində axtarış aparılıb, 4 nəfər saxlanılıb.

Polisin basqınları zamanı silah-sursat - Kalaşnikov avtomatı, döyüş sursatı, o cümlədən 12 min avro nağd pul, qızıl külçələr və gümüş sikkələr, çoxlu sayda saxta COVID-19 peyvəndi sertifikatları və COVID-19 test sənədləri ələ keçirilib.

Əzizə Zeynal 
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man