Azyaşlılar kütləvi şəkildə hepatit virusuna yoluxur - Həkimlər çaşqınlıq içindədir

Media 14 Aprel 2022 | 15:47
OXUNUB: 869
Böyük Britaniyada bu ilin əvvəlindən əksəriyyəti 6 yaşdan aşağı olan 74 uşağa hepatit diaqnozu qoyulub.
 
Sfera.az bildirir ki, İngiltərə və Şotlandiyanın səhiyyə orqanları uşaqlarda bu halların artma səbəblərini araşdırmağa başlayıb.
 
Mütəxəssislər müşahidə edilən vəziyyətə adenovirusun səbəb ola biləcəyini desələr də, koronavirus ehtimalını istisna etmirlər. Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Təşkilatı (UKHSA) valideynlərə xəbərdarlıq edib ki, uşaqlarda sarılıq kimi simptomlara diqqət yetirsinlər.

Digər tərəfdən, azyaşlı uşaqlarda hepatit hallarının qeyri-adi artımının ilk əlaməti ötən həftə Şotlandiyada görünüb. İndiyədək İngiltərədə 49, Şotlandiyada 13, Uels və Şimali İrlandiyada 12 hepatit hadisəsi qeydə alınıb.
 
UKHSA rəsmisi Mira Çand, uşaqların qaraciyər iltihabı ilə xəstəxanaya yerləşdirilməsinə səbəb ola biləcək bir neçə mümkün faktoru araşdırdıqlarını söyləyib: 

"Mümkün səbəblərdən biri onun adenovirus infeksiyası ilə əlaqəli olmasıdır, lakin biz digər mümkün səbəbləri hərtərəfli araşdırırıq. Tədqiq olunan digər variantlar arasında COVİD-19,  digər infeksiyalar və ya ətraf mühit faktoru da var”.

Qurum səlahiyyətlisi, həmçinin deyib ki, infeksiyanın yayılmasının qarşısını almaq üçün gigiyena ilə yanaşı, valideynlər mümkün simptomlara daqqət yetirməlidirlər:

"Valideynləri və qəyyumları sarılıq, gözlərin və dərinin saralması da daxil olmaqla, hepatit əlamətlərinə qarşı diqqətli olmağa və narahatlıqları olduqda bir tibb işçisi ilə əlaqə saxlamağa çağırırıq”. 

UKHSA, gənc uşaqlarda bu hepatit hadisələri ilə koronavirus peyvəndi arasında heç bir "əlaqə" olmadığını qeyd edib: "Çünki bu xəstəliyə tutulan uşaqların heç biri peyvənd edilməyib”.

Nottingem Universitetinin virusoloqu professor Uill İrvinq isə 10 yaşından kiçik uşaqlarda hepatit hallarının müşahidə olunmasının "çox qeyri-adi" olduğunu söyləyib:
 
"Viral hepatitə gəlincə, uşaqlıqda infeksiya çox nadir hallarda kliniki xəstəliyə gətirib çıxarır.  Xəstəlik adətən böyüklərdə daha ağır olur”.
 
Qeyd edək ki, adenoviruslar - insanda yuxarı tənəffüs yollarının kəskin iltihabına, konyunktivit, enterokolit, viruslu pnevmoniya və s. xəstəliklərə səbəb olan virusların böyük bir qrupudur.  Müəyyən virusların yaratdığı A, B, C, D və E adlanan beş əsas hepatit növü var. Lakin uşaqlarda qaraciyər iltihablarının bunlardan qaynaqlanmadığı müəyyən edilib. Bəzi hepatitlər ciddi problemlər yaratmadan sağalır, bəziləri isə uzunmüddətli olur. Adətən,virusların yaratdığı infeksiya olan hepatit müəyyən kimyəvi maddələrə məruz qalma, həddindən artıq spirt və müəyyən genetik xəstəliklər nəticəsində də yarana bilər.

Günay Rəsulqızı
Sfera.az

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man