"Hazırda yaşanan enerji böhranı 1970-ci illərdəki böhrandan daha fərqli və ağırdır”.
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol Ukrayna işğalının enerji bazarında yaratdığı neqativ təsirləri şərh edən zaman bildirib.
Birol qeyd edib ki, 2022-ci ilin fevralın 24-ü yeni qlobal enerji böhranının başlanğıcıdır. Onun fikrincə, müharibənin başlanması ilə yaranan böhran 1970-ci illərdəki böhrandan seçilir:
"1970-ci ildə böhran yalnız neft bazarını əhatə edirdi. Amma hazırda sadəcə neft bazarı yox, həm də qaz, kömür, hətta uranium bazarı ciddi zərər görüb. Eyni zamanda yeni böhranın əhatə etdiyi regionlar da böyükdür”.
Rusiyanın əsas qaz ixracatçısı olduğunu vurğulayan Birol Avropanın, mavi yanacağa olan ehtiyacının 45 faizinin Rusiyadan aldığı qazla təmin etdiyini söyləyib.
İcraçı direktor hesab edir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların neqativ təsirləri hələ bir müddət də hiss olunacaq.
Vasif
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man