Bahalaşmanın qarşısını ancaq bu yolla almaq olar - Ekspert izah edir

Media 14 Aprel 2022 | 12:31
OXUNUB: 1213
"Süni qiymət artımı varsa, ölkədə bazar iqtisadiyyatı, rəqabətli mühit yoxdur”.
 
Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, heç bir qanun sahibkara qiymətqoymada məhdudiyyətlər qoya bilməz:

"Sahibkarın yeganə öhdəliyi qazancdan vergi verməkdir. Yəni, pərakəndə satışla məşğul olan sahibkar 1 manata aldığını 5 manata da sata bilər, qazandığı 4 manatın bütün vergilərini verməlidir. Sadəcə rəqabətli mühit olanda heç kəs qiymətləri kəskin artıra bilmir. Ölkədə yalnız Tarif Şurasının təyin etdiyi, dövlət tərəfindən tənzimlənən qiymətlərdə süni artım anlayışı ola bilər. Məsələn, Aİ92 1 manatdır, hansısa yanacaqdoldurma stansiyası bunu 1 manat 20 qəpiyə satsa, bu qanun pozuntusu, süni qiymət artımıdır”.

N.Cəfərli qeyd edib ki, süni qiymət artımı məmurların himayəsində olan iri holdinqlərdə, şirkətlərdə ola bilər:

"Azərbaycanda qiymət artımının səbəbləri çoxdur - obyektiv səbəb dünyada da qiymətlərin artması, logistikanın bahalaşmasıdır. Subyektiv səbəblər isə məmur biznesi, inhisarçılıq, gömrük və vergi orqanlarının anormal fəaliyyətidir – hər ay Gömrük Komitəsinin rəhbəri fəxrlə açıqlama verir ki, bu ay filan qədər plandan artıq pul yığmışıq. Adam elə bil kolxoz sədridir, pambıq yığır. Hələ də anlamırlar ki, gömrük-vergiyə ödənilən hər manat bizim, istehlakçının cibindən çıxır.

Bu gün qısa vadədə qiymətlərin azaldılmasının, və ya heç olmasa, artımın qarşısının alınmasının tək yolu əsas ərzaq malları və dərman pereparatlarında gömrük rüsumlarının sıfırlanması, ƏDV-nin isə ləğv edilməsidir. Orta-uzun vadəli yol yerli istehsalın yaranması, artırılması, ədalətli rəqabətli mühitin formalaşdırılmasıdır”.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man