Yunanıstanda son 3 ildə 3 qızını itirən ananın cinayətkar olması gündəmi çalxalayıb.
Sfera.az xəbər verir ki, Rula Pispiriqou adlı qadının 9 yaşlı qızının bədənində ölümcül dozada ketamin aşkar edildikdən sonra qadının uşağı öldürməsi ilə bağlı əsaslı şübahələr müəyyən edilib.
9 yaşı Corcina 2021-ci ilin aprelində xəstəxanaya yerləşdirilib və yanvar ayında dünyasını dəyişib. Rəsmi istintaq sənədlərinə görə, ketamin Corcinanın bədəninə ölümündən 20 dəqiqə əvvəl vurulub. Həkimlər ölümdən əvvəl son dəqiqələrdə ananın uşaqla təmasda olduğu bildirilib. 33 yaşlı qadının 9 yaşlı qızını zəhərləməzdən əvvəl gülümsəyərək şəkil çəkdirdiyi də məlum olub.
Məhkəmədə heç bir səhv etmədiyini deyən Pispiriqounun digər iki qızının ölümü ilə bağlı da istintaq başladılıb.
Qeyd edək ki, qadının 3 yaşlı qızı Malena 2019-cu ildə böyrək çatışmazlığından, 6 aylıq İris isə 2021-ci ildə ürək xəstəliyindən vəfat edib. Məhkəmə tibb mütəxəssisi Qriqoris Leon digər uşaqların cəsədlərindən alınan məlumatlar nəticəsində hər iki ölümün şübhəli olduğunu bildirib.
Georginanın atası Manos Daslakalis uşaqların ölümündə həyat yoldaşını günahlandırıb və onun barəsində iddia qaldırıb.
Saxlanıldıqdan sonra paytaxt Afinadakı Korydallos həbsxanasına köçürülən qadınla bağlı istintaq davam edir.
İnci
Sfera.az