Bayden Zelenski ilə danışdı: 800 milyon dollarlıq yardım hazırlanır

Media 14 Aprel 2022 | 11:51
OXUNUB: 901
ABŞ Ukraynaya 800 milyon dollar həcmində silah, sursat və digər müdafiə yardımları ayıracaq.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden məlumat verib. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı bunu deyib. Ukraynanın ABŞ-ın verdiyi silahlardan çox səmərəli istifadə etdiyini bildirən Bayden Rusiyanın Donbas bölgəsində hücumlarını artırmağa hazırlaşdığını vurğulayıb.

ABŞ lideri Ukraynaya özünü müdafiə etmək üçün yardımları davam etdirəcəyini bildirib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi də bildirib ki, Ukraynaya göndəriləcək silahlar arasında Mi-17 helikopterləri və artilleriya sistemləri, o cümlədən artilleriya əleyhinə radar, hava müşahidə radarı, taktiki pilotsuz uçuş aparatı, raketlər və zirehli personal daşıyıcıları var. 

Qeyd edək ki, son yardım paketi ilə 2021-ci ilin əvvəlindən ABŞ-ın Ukraynaya etdiyi müdafiə yardımının məbləği 3 milyard dolları keçib. Bu məbləğ Ukraynanın illik müdafiə büdcəsinin yarısından çoxdur. 

Əzizə Zeynal 
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man