Uşağa qoyulan ad onun həyatına necə təsir edir? - Psixoloq RƏYİ

Media 13 Aprel 2022 | 15:26
OXUNUB: 1338
İran - İraq savaşı zamanı Azərbaycanda minlərlə insan övladına məhz Səddam adı vermişdi.  İndi isə, Rusiya-Ukrayna müharibəsi fonunda Zelenski adına maraq yaranıb.
 
Bəs, valideynlərin övladlarına bu cür adları verməsi nə dərəcədə doğrudur? Adlar uşaqların psixologiyasına təsir edirmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, adların insan həyatına təsiri çox böyükdür. Müsahibimiz qeyd edib ki, bəzi adlar uşağa qoyulanda uğur gətirir, bəziləri isə, onun taleyində müəyyən dönüşlər, uğursuzluqlar yarada bilir:

"Bəzi adlar uşaqlara qoyulanda onlarda yersiz özgüvən, bəziləri isə (məsələn, Sovet dönəmində qoyulan traktor, kombayn və.s adlar ) sonradan kompleksə düşmə kimi hallara səbəb olur. Bu gün prezident adlarının uşaqlara verilməsinin tez-tez şahidi oluruq. Bu cür adların qoyulması şüuraltıda yatan müəyyən duyğulardan irəli gəlir. Bunlar özünütəsdiq etməmək, özünü daha yüksəklərdə görə bilməmək və s. kimi hislərdir. Bu tip adları övladlarına qoymaqla insanlar, öz həyatlarına yenilik, ahəng gətirmək istəyirlər. Uşaqlara hansısa prezidentin adının verilməsi və bunun yaşadılması  onun gələcəkdə uğurlu olacağına dəlalət etmir. Götürək, Zelenskini. Bu gün o, çarəsiz durumda qalmış adamdır – nə geriyə çəkilə bilir, nə irəliyə gedə bilir. O uşaq gələcəkdə öyrənəcək ki, bu şəxsiyyət belə bir vəziyyətdə qalıb və onun adını alıb. Bunun da uşağa hardasa mənfi təsirləri olacaq”.

Psixoloq bildirib ki, uşaqlara bu cür adların verilməsi yanlışdır:

"Övladlarınıza adlar qoyanda həmişə axtarın, araşdırın, mənası gözəl olan adlar seçin – bu, daha yaxşı gələcək vəd edir, nəinki, heç bir məna daşımayan, kimlərəsə görə qoyulan adlar. Digər tərəfdən, bizim mental dəyərlərimizdə də ata-ana, baba-nənə adlarının yaşadılması kimi ənənələr də var. Keçmişdən qalan, vəfat edən şəxslərin adlarını övladlarına verirlər. Bu da düzgün deyil. Bəzən görürük ki,  məsələn, ana adı sevməsə də, milli mental dəyərlərə üstünlük verilir. Niyə bir insan istəmədiyi adla övladını çağırmalıdır? Övladlarına ümumiyyətlə məşhurların adlarını qoyan insanlar da var. Bunun kökündə isə özgüvən əksikliyi,  arzularına çata bilməmək, özünü tapa bilməmək dayanır. Halbuki hər bir uğurlu, özgüvənli valideynin də o cür uşağı olmalıdır. Çünki valideyn övladını o ruhda tərbiyə edir. Ad bizim geyimimiz kimidir – üstümüzə düzgün otura da bilir, yaraşmaya da. Biz o adı daşıya da bilirik və ya əksinə. Ona görə ad qoymamışdan qabaq düşünmək lazımdır”.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man