İlk körpəsini qucağına almaq üçün günləri sayan dünya şöhrətli müğənni Rihanna "Vogue” jurnalı üçün kamera qarşısına keçərək cəsarətli pozalar verib.
Sfera.az bildirir ki, ifaçı sosial media hesabında alt paltarı olmadan çəkdirdiyi fotoları paylaşıb. Məşhur ulduzun vannadakı pozası diqqətlərdən yayınmayıb. Onun bu şəkilləri qısa müddətdə 5 milyondan çox bəyənmə toplayıb.
Rihanna verdiyi açıqlamada hamiləliyini öyrəndiyi anla bağlı bunları deyib:
"Sadəcə əyləndik, sonra hamilə olduğumu anladım. Vaxt itirmədən testi sevgilimə göstərdim. Səhəri gün həkimin kabinetində idim və hamiləlik dövrümüz başladı. Bəzən həddindən artıq yoruluram, buna öyrəşməmişəm. Gecənin istənilən vaxtı oyaq qala bilirdim, amma hazırda bədənim hər dəqiqə mənə "indi yatmalısan" deyir".
Müğənninin sözügedən fotolarını təqdim edirik:
Türkan