Rusiya Qərb geyim brendlərini İranın geyim markaları ilə dəyişdirməyi düşünür.
Sfera.az "Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda Rusiya Ticarət Mərkəzləri Şurasının təsisçisi Oleq Voitsexovski bildirib.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalarla əlaqədar Qərb ölkələrinə məxsus tanınmış geyim brentləri ölkəni tərk edib. Rusiya yaranan boşluğu doldurmaq üçün digər ölkələrin istehsalçıları ilə əməkdaşlığı genişləndirmək istəyir.
Voitsexovski deyib ki, Rusiyada İran mallarını satan ən azı 30 pərakəndə satış məntəqəsinin açılması, həmçinin yerli mağazaların çeşidinə İran istehsalçılarının geyim və ayaqqabılarının daxil edilməsi planlaşdırılır.
Amma Voitsexovski bildirib ki, bu brendlərin ölkəyə daxil olması təxminən üç il çəkə bilər:
"İran istehsalçıları ölkəmizlə ticarət əlaqələrini inkişaf etdirmək istəyir. Lakin əlavə investisiyalar olmadan, məsələn, mal alacaq yerli diler vasitəsilə sərmayə qoyulmadan buna nail olmaq çətin olacaq. Ölkəmizdə İranın heç bir tanınan geyim brendi yoxdur, ona görə də brendin yaradılmasına, məhsulun marketinq dəstəyinə pul və vaxt sərf etmək lazımdır”.
Vasif
Sfera.az