Un qıtlığı yarandı - Çörək zavodları bir-bir bağlanır

Media 12 Aprel 2022 | 15:05
OXUNUB: 2781
Livanda taxıl krizi böyüyür.
 
Sfera.az bildirir ki, ölkənin müxtəlif bölgələrindəki çörəkbişirmə sexlərinin un təchizatında problem yaşaması böhrana səbəb olub. 

Bəzi yerli xəbər saytlarında "Bir çox çörək zavodu artıq un olmadığı və vətəndaşların çörək ehtiyacını ödəyə bilmədiyi üçün bu gün fəaliyyətini dayandırıb. Sabah da əksəriyyəti eynisini edəcək”, - kimi cümlələr yer alıb.

Ötən ay Ukrayna-Rusiya münaqişəsinin Livanın buğda çıxışına təsir göstərdiyini açıqlayan iqtisadiyyat naziri başqa mənbələrdən un tapmağa çalışdığını, lakin Mərkəzi Bankdan vəsaiti gözləməli olduğunu elan edib.

Qeyd edək ki, maliyyə böhranı yaşayan Livan ABŞ dolları qıtlığı səbəbindən əsas ərzaq ehtiyaclarını idxal edə bilmir. Ukrayna və Rusiya arasındakı münaqişə isə bu böhranı daha da dərinləşdirib, çünki Livan buğdanın böyük hissəsini bu iki ölkədən idxal edirdi.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man