Yaponiyadan zərbə: Putinin ətrafındakı hər kəsin aktivlərini dondurdu

Media 12 Aprel 2022 | 13:17
OXUNUB: 1342
Yaponiya Rusiyaya qarşı yeni addım atıb.
 
Sfera.az bildirir ki, Yaponiyada Nazirlər Kabineti 398 Rusiya vətəndaşının, o cümlədən prezident Vladimir Putinin qızlarının və Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşının aktivlərinin dondurulmasını nəzərdə tutan əlavə sanksiyaları təsdiqləyib.

ABŞ və Avropa İttifaqının həyata keçirdiyi tədbirlərə uyğun olaraq, Rusiyanın hərbi məsələlərlə bağlı 28 qurumunun, o cümlədən Sberbank və Alfa Bankın yeni sanksiyalara daxil edildiyi açıqlanıb. 

Putinin qızları Katerina Tixonova və Mariya Vorontsovanın da sanksiya siyahısına əlavə edilməsi ilə Yaponiya hökumətinin aktivlərini dondurduğu Rusiya vətəndaşlarının sayı 499-a çatıb.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno, "Moskvaya qarşı sərt sanksiyalar tətbiq edilməli, böhranın daha da genişlənməsinin qarşısını almaq, mümkün qədər tez atəşkəsə nail olmaq və Rusiyanın Ukraynaya təcavüzünü dayandırmaq üçün beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edilməlidir”, - deyə söyləyib.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man