Azərbaycan və Ermənistan XİN rəhbərləri nə danışıb? - “Brüssel görüşündə deyilmişdi ki...”

Media 12 Aprel 2022 | 11:48
OXUNUB: 2878
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin telefon danışığı problemlərin həll olunmasının Rusiyanın monopoliyasından çıxdığını deməyə imkan verir.
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib. Ekspert ötən gün Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı telefon danışığını belə dəyərləndirib:

"Bir neçə ay bundan qabaq hər iki tərəfin nazirlərinin birbaşa danışığını təsəvvür etmək mümkün deyildi. Rusiyanın artıq bütün regionda təsir dairəsi azalıb. Lakin Rusiya buna qarşıdır və Mirzoyanla Lavrov arasındakı görüşdə sözügedən məsələ vurğulanmışdı. Rusiya münaqişəyə nəzarət mexanizmini hələ də davam etdirməkdədir. Kremlin istəyindən asılı olmayaraq, mövcud gerçəklik dəyişməyəcək”.

Ekspert bundan sonrakı mərhələdə Azərbaycan və Ermənistanın hökumət rəsmiləri arasında danışıqların çoxalacağına da diqqət çəkib:

"Dünən baş tutan telefon danışığının digər səbəblərindən biri də Brüssel görüşüdür. Belə ki, görüşdə vurğulanmışdı ki, tərəflər arasında birbaşa danışıqlar aparılmalıdır. Problemlərin həll olunması artıq iki tərəfin iradəsindən asılıdır. Yaxın zamanlarda yekun nəticəyə nail olmaq məsələsi isə şübhəli qalır. Belə ki, iki tərəf arasında sülhün əldə olunmasına qarşı olan qüvvələr hələ də mövcuddur. Lakin proses artıq başlayıb və bu kimi danışıqların ardı gələcək”. 

Əzizə Zeynal 
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man