Conni Depp keçmiş həyat yoldaşını yenə məhkəməyə verdi - 50 milyon dollarlıq iddia

Media 12 Aprel 2022 | 11:23
OXUNUB: 1290
Hollivud ulduzu Conni Deppin keçmiş həyat yoldaşı Amber Hörd yenidən məşhur aktyorla məhkəməlik olub.
 
Sfera.az bildirir ki, İngiltərədə açdığı davada uduzan aktyor Amberə qarşı bu dəfə ABŞ-da 50 milyon dollarlıq böhtan iddiası qaldırıb. Aktrisa isə ulduza 100 milyon dollarlıq əks iddia ilə cavab verib. 

Məlumata görə, məhkəmə prosesi bu gün Virciniya ştatında baş tutacaq. Amber Hörd bununla bağlı verdiyi açıqlamada, "Conni məişət zorakılığı və zorakılıq təcrübələrimi paylaşdığım, "The Washington Post”da yayımlanan məqaləyə görə məni məhkəməyə verdi. Yazıda heç vaxt onun adından istifadə etməmişəm. Sadəcə olaraq güclü kişilərə qarşı çıxan qadınların üzləşdikləri ilə bağlı fikirlərimi bildirdim. Ümid edirəm ki, bu proses bitər və biz yolumuza davam edə bilərik. Həmişə Connini sevmişəm, keçmişimizin təfərrüatlarını dünya qarşısında bölüşmək mənə ağrı verir”, - deyə söyləyib.

Xatırladaq ki, Depp "The Sun” qəzetini və baş redaktoru Den Vuttonu da 2018-ci ildə onu "arvadını döyən kişi" kimi qələmə verən məqaləyə görə məhkəməyə verib. Bununla belə, İngiltərədə hər iki iş Conni Depp əleyhinə həll olunub. 

Conni Depp-Amber Hörd cütlüyün 2015-2017-ci illər arasında davam edən səs-küylü evliliyi aktrisanın zorakılığa məruz qaldığını iddia etməsindən sonra bitib. 

Türkan 
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man