"Rusiyaya qarşı mübarizə dayanmayacaq”.
Sfera.az bildirir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev deyib. O bildirib ki, Putinin Rusiyanı dünya ölkələrindən izoliyasiyaya salmaq siyasəti anlaşılmazdır:
"Bu adam aldığı məlumatlara inanır və özünün fövqəladə gücə malik olduğuna əmindir, ölkələrin, xalqların ona nifrət etdiyinə inanmaq istəmir. Ətrafındakıların ona verdiyi tərif çələnglərindən ləzzət alır və Peskov tiplilərin istənilən arzularını yerinə yetirir. Ancaq sanksiyalar milyard dollarlar yığmış peskovçuların belini qırıb”.
R.Quliyevin sözlərinə görə, Yaponiya da Kuril adalarını qaytarmağa çalışacaq:
"Putinlə ehtiyatlı olmaq lazımdır. O ağlını itirmiş vəziyyətdə sağına-soluna raketlər ata bilər, şəhərləri dağıdar”.
Türkan
Sfera.az