Bu ölkədə ən vacib dərmanlar belə bitib - Minlərlə insan öləcək

Media 11 Aprel 2022 | 16:58
OXUNUB: 1201
Şri-Lanka humanitar böhranla üz-üzə qalıb.
 
Sfera.az bildirir ki, ölkədə qısa müddətdə hətta təcili əməliyyatların da qeyri-mümkün olacağı və bu vəziyyətin ağlasığmaz nəticələr verəcəyi açıqlanıb. Həkimlər artıq həyat qurtaracaq və fövqəladə hallarda istifadə edilməsi lazım olan dərmanların olmadığını, bu vəziyyətin pandemiyadan da çox can alacağını bildiriblər.

1948-ci ildə müstəqillik elan edildikdən sonra ən pis günlərini yaşayan ölkədə indi ərzaq, neft və dərmanlar tükənib, xalq isə enerjinin uzunmüddətli kəsilməsindən demək olar ki, məhv olub. Şri-Lanka Tibb Assosiasiyası ölkədə həyati vacib dərmanlara və xaricdən gətirilən tibbi avadanlıqlara çıxışın olmadığını qeyd edib. 

Digər tərəfdən, ölkədə gündəlik əməliyyatlar ötən ay dayandırılıb. Buna səbəb narkoz üçün vacib vasitələrin bitməsi olub. Şri-Lanka Tibb Assosiasiyası xəbərdarlıq edib ki, hətta təcili əməliyyatlar da artıq icra oluna bilməz.

Qeyd edək ki, Şri-Lankada iqtisadi vəziyyətin pisləşməsində günahlandırılan prezident Qotabaya Rajapaksanın istefası ilə bağlı etirazlar davam edir.  Ölkədə demək olar ki, heç bir xarici valyuta qalmayıb və 51 milyard dollarlıq xarici borcun ödənilməsi mümkün olmayıb. Baş verən koronavirus böhranı və zədələnmiş turizm sektorunun çökməsi ilə ölkə iqtisadiyyatı daha çox zərər çəkib. İqtisadçılar hesab edirlər ki, Şri-Lankanın uzun illər davam edən səhv idarəçiliyindən qaynaqlanan böhranlar davamlı borclanma və düzgün tətbiq olunmayan vergi endirimlərinin nəticəsidir.

Şri-Lankanın paytaxtı Kolomboda etirazçılar prezident Qotabaya Rajapaksanın şəxsi iqamətgahına hücum ediblər. Zorakılıq hadisələrinin baş verdiyi paytaxtda komendant saatı elan edilərkən, 54 nəfər həbs edilib.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man