Rusiyalı məşhurlardan "Chanel"ə etiraz: Minlərlə dollarlıq çantaları qayçı ilə doğradılar - FOTO

Media 11 Aprel 2022 | 12:49
OXUNUB: 779
Məşhur fransız markası "Chanel”in rusiyalı müştərilərdən məhsulları Rusiyada istifadə etməmək üçün sənəd imzalatması reaksiyaya səbəb olub.
 
Sfera.az bildirir ki, "New York Times” qəzetinin xəbərinə görə, ardınca Rusiya sosial media fenomenləri minlərlə dollarlıq "Chanel” çantalarını qayçı ilə kəsiblər. Onlar videoları sosial şəbəkə hesablarında paylaşaraq "Mənim vətənimdən dəyərli heç bir çanta yoxdur”, - deyə əlavə ediblər.

Belə ki, rusiyalı teleaparıcı Marina Ermoşkina qeyd edib ki, Dubayda "Chanel” mağazasında çalışanlar rusiyalı müştəridən çantanı Rusiyada istifadə etməyəcəyinə dair sənəd imzalamasını istəyiblər. 28 yaşlı aparıcı, sözügedən videonu paylaşaraq, "Bu, rus fobiyasıdır və ayrı-seçkiliyin ən bariz formasıdır", - deyə söyləyib. Rusiya televiziyasında da yayımlanan görüntüləri yüz minlərlə insan izləyib.

Həmçinin 9,3 milyon "Instagram" izləyicisi olan Rusiyanın sosial media fenomeni Viktoriya Bonya da qayçı ilə minlərlə dollar dəyərində "Chanel” çantasını kəsib. Bonya, "Şirkət müştərilərə hörmət etmirsə, biz niyə ona hörmət edək?", - deyib.

"Chanel" rusiyalı məşhurların reaksiyalarını şərh etməkdən imtina etsə də,  şərhlərdə "Bunun səbəb ola biləcəyi hər hansı bir anlaşılmazlığa görə üzr istəyirik, çünki haradan gəlməsindən asılı olmayaraq, müştərilərimizi qarşılamaq bizim üçün prioritetdir", - deyə qeyd edilib. 

Şirkət etiraf edib ki, bu yeni hüquqi proses bəzi müştərilərin məyusluğuna səbəb olub. Aparıcı Ermoşkina şirkətin üzr istəməsinə sevindiyini, lakin cavabın onu tam qane etmədiyini bildirib. Bütün digər "Chanel” əşyalarını satışa çıxardığını deyən məşhur, əldə etdiyi gəliri Ukraynanın şərqində çoxlu rusdilli insanların yaşadığı separatçı Donbas xalqına kömək üçün verməyi planlaşdırdığını açıqlayıb.

Digər sosial media fenomenləri də ona qoşularaq öz hesablarında Ermoşkinanın sözlərini paylaşıblar. Onlar "Heç bir çanta vətənə olan sevgimdən üstün deyil”, - cümləsini qeyd ediblər.

Qeyd edək ki, bir çox beynəlxalq şirkətlər kimi "Chanel” də prezident Vladimir Putinin Ukraynaya müdaxiləsinə cavab olaraq Rusiyadakı fəaliyyətini dayandırıb.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man