Le Pen Makrona qalib gəlsə, nələr olacaq? – “Ermənilərə xoş gəlmək üçün…”

Media 11 Aprel 2022 | 12:44
OXUNUB: 849
Fransada ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen prezidentliyə namizədlər arasında digər şəxslərə nisbətdə daha iddialı görünür.
 
Xanım namizədin kəskin bəyanatları da beynəlxalq ictimaiyyət arasında geniş müzakirə olunmaqdadır. 

Maraqlıdır, seçkilərdə Marin Le Penin üstünlüyü əldə etmək ehtimalı nə qədərdir? Fransada yeni prezidentin seçilməsi Azərbaycana, eləcə də Ermənistana münasibətdə əməkdaşlıq məsələlərində dəyişikliklə nəticələnə bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Fransada yeni mənzərənin yarandığını deyib. Ekspert yeni prezidentin kimliyinin Avropa üçün mühüm əhəmiyyət daşıdığını bildirib:

"Marin Le Penin Makronla mübarizədə ikinci tura keçəcəyi ilə bağlı fikirlər son iki həftə ərzində mövcud deyildi. Yanvar-fevral aylarının sorğularına nəzər salsaq görərik ki, digər namizədlərin adı daha çox hallanırdı. Görünən odur ki, bu dəfə artıq yeni bir hadisə ilə rastlaşacağıq. Ultra sağçı bir partiyanın namizədi Makronu üstələyərək birinci turu başa vurmuş oldu. Fransada kimin hakimiyyətə gəlməsi çox vacibdir. Fransa Avropa İttifaqının siyasi  mərkəzi hesab edilir. Bu gün Rusiya-ABŞ, Çin-ABŞ arasındakı geosiyasi qarşıdurmada Fransanın oynayacağı rol olduqca vacibdir. Biz Britaniya və Almaniya, eləcə də Fransa münasibətlərini də unutmamalıyıq”. 

Politoloq Fransanın Cənubi Qafqaz siyasətinin dəyişməyəcəyini deyib:

"Fransa-Azərbaycan münasibətlərində Fransada prezidentin kim olacağı önəmli rol daşımır. Biz bilirik ki, Fransada kimin hakmiyyətdə olmasından asılı olmayaraq, onlar ermənipərəst bəyanatları ilə seçilirlər. Fransa müəyyən çərçivəyədək erməni diasporunun xoşuna gəlmək siyasətini davam etdirir. Makron, yaxud Le Penin prezident seçilməsi məxrəci dəyişməyəcək. Fransanın Cənubi Qafqaz siyasəti həm də Paris-Ankara, Paris-Moskva münasibətlərinin nəticəsi kimi  dəyərləndirilməlidir və sistemli şəkildə təhlil edilməlidir”. 

Əzizə Zeynal 
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man