Nəqliyyatı intellektual idarəetmə layihəsi çərçivəsində Bakı şəhərinin əsas küçə və prospektlərində quraşdırılmış elektron informasiya tablolarının idarəolunması üçün istifadə edilən proqram təminatı və texniki avadanlıqlarda 2019-cu ildə yaranmış problemlərlə əlaqədar nəqliyyat axınını ifadə edən qrafik sxemlərin yayımı dayandırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Avtosfer.az-a bildirilib ki, hazırda intellektual sistemin təkmilləşdirilməsi, o cümlədən texniki nasazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür:
"Bu müddət ərzində isə sürücülərin maarifləndirilməsi məqsədilə elektron tablolarda yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair müxtəlif qrafik təsvirlərin (sosial çağırışların piktoqram vasitəsilə) yayımlanması nəzərdə tutulur".
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man