Viktoriya-Devid Bekhem cütlüyünün oğlu Bruklin Bekhem ötən gecə milyarder Nelson Peltsin qızı Nikola Enn Peltzlə ailə həyatı qurub.
Sfera.az bildirir ki, toy məclisi Florida ştatının Palm Sprinqs şəhərində, Peltz ailəsinin Palm Sprinqsdəki 103 milyon dollarlıq malikanəsində baş tutub. 1,6 milyard dollar sərvəti olan Nelson Peltzin qızının toyu üçün 4 milyon dollar xərclədiyi iddia edilib. Toya bir çox məşhur qonaq qatılıb. İdman və sənət dünyasının tanınmış simalarının bir araya gəldiyi tədbirdə 300 nəfər iştirak edib.
Bruklin Bekhemin ailə qurduqdan sonra həyat yoldaşının soyadını daşımaq qərarı isə hər kəsi təəccübləndirib. O, bunu həyat yoldaşına sevgi nümayişi olaraq etdiyini bildirib. "Instagram”da 13,5 milyon izləyicisi olan Bruklin toyundan ilk paylaşımını edib və "Mr & Mrs Peltz Beckham" qeydi ilə həyat yoldaşının soyadını götürdüyünü təsdiqləyib. Lakin Devid və Viktoriya Bekhem paylaşımlarında oğullarını "Beckham” soyadı ilə qeyd ediblər. İkilinin bu addımı oğullarının soyad qərarını dəstəkləmədikləri ilə bağlı söz-söhbətə səbəb olub.
ABŞ və İngiltərə mətbuatında yer alan iddialara görə, Peltzin atası Nelson kürəkəninə evlilik müqaviləsi imzalatdırıb. Bəylə gəlinin imzaladığı müqaviləyə görə, onlar boşansa, hər ikisi ailələrinin sərvətindən pay almayacaqlar. Nə Bekhem, nə də Peltz ailəsi bu iddiaya cavab verib.
Bruklin Bekhem isə sosial şəbəkə hesabındakı paylaşımına bunları əlavə edib:
"İki həftə əvvəl Nikolaya evlilik təklifi etdim və o, razılaşdı. Mən dünyanın ən şanslı adamıyam. Söz verirəm ki, ən yaxşı ər və bir gün ən yaxşı ata olacağam".
Xatırladaq ki, Nikola Enn Peltzlə Bruklin Bekhem 2020-ci ildə nişanlanmışdılar.
Türkan
Sfera.az