Ruslar Türkiyəyə axın edir – Bir çanta pulla gəlib 4 mənzil alırlar…

Media 09 Aprel 2022 | 16:15
OXUNUB: 1181
Rusiyanın Ukraynaya təcavüzündən sonra Türkiyə Qərbin sanksiya tətbiq etdiyi rus oliqarxları və Rusiyadan qaçan varlılar üçün təhlükəsizlik sığınacağına çevrilib.
 
Sfera.az  xəbər verir ki, ABŞ-da nəşr olunan "Wall Street Journal” Rusiyadan qaçan zənginlərin pul dolu çantalarla Türkiyəyə gəldiyini və eyni vaxtda buradan 4 mənzil aldığını iddia edən xəbər yayımlayıb.

Məlumatda Rusiyanın Ukraynaya təcavüzünün başladığı fevral ayından bu yana minlərlə rusun Türkiyəyə köçdüyü açıqlanıb. Ölkədən qaçan rusların böyük əksəriyyətinin İstanbul və ya Antalyaya üstünlük verdiyi vurğulanıb.
 
Bəzi Rusiya vətəndaşlarının Türkiyədə vətəndaşlıq hüququ əldə etmək üçün eyni vaxtda 4 mənzil aldığı da xəbərdə bildirib. Ev satışı ilə məşğul olan şəxslər rusların ödəməni nağd pul, yaxud qızıl ilə etdiklərini deyib.
 
Əzizə Zeynal
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man