Cənubi Osetiya tezliklə Rusiyanın tərkib hissəsi olacaq - Yuri Vazaqov

Media 09 Aprel 2022 | 12:48
OXUNUB: 1340
Cənubi Osetiyanın Rusiyaya daxil olması ilə bağlı referenduma hazırlıq may-iyun aylarında başa çata bilər.

Sfera.az "Ria Novosti"yə istinadən xəbər verir ki, bunu Cənubi Osetiya Prezident Administrasiyasının İnformasiya və Analitik Departamentinin rəhbəri Yuri Vazaqov bildirib.

Onun fikrincə, imzaların toplanması kifayət qədər tez baş tutacaq. Bundan sonra fərman layihəsi Ali Məhkəmənin baxılması üçün təqdim edilməli olacaq.

Bundan əvvəl Cənubi Osetiya prezidenti Anatoli Bibilov demişdi ki, respublika yaxın gələcəkdə Rusiyanın tərkibinə daxil olmaq üçün "hüquqi addımlar atacaq".

Onun sözlərinə görə, bu "strateji hədəfi” reallaşdırmaq imkanı hələ 2014-cü ildə referendumdan sonra Krımın Rusiya Federasiyasına birləşdirildiyi vaxt olub.

Daha əvvəl Sputnik radiosu Anatoli Bibilovun ölkədə referenduma hazırlıq prosedurundan danışdığını bildirmişdi.
 
Əzizə Zeynal
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man