Azərbaycanda taksidən istifadə edənlərin sayı azalır

Media 08 Aprel 2022 | 16:01
OXUNUB: 1172
2022-ci ilin ilk 2 ayının məlumatına əsasən, Azərbaycanda sərnişindaşımada taksi xidmətindən istifadə edənlərin sayı azalıb.
 
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, yanvar və fevral ayları ərzində 9,633 milyon sərnişin taksi xidmətindən istifadə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azalma deməkdir. 2021-ci ilin yanvar və fevral aylarında ümumən 11,658 milyon sərnişin daşınmışdı. Müqayisə göstərir ki, taksidən istifadə edən sərnişinlərin sayı 2,025 milyon nəfər azalıb.

Ötən illə müqayisədə bu il taksi ilə sərnişin daşınmasının azalması xüsusi karantin rejiminin yumşaldılması ilə bağlıdır.

2021-ci ilin ilk aylarında metro vasitəsilə sərnişin daşınması qadağan edilmişdi, eyni zamanda həftənin şənbə və bazar günlərində avtobuslarla da sərnişin daşınmırdı. Bu səbəbdən əhali taksi xidmətlərindən daha çox istifadəyə məcbur idi. 2022-ci ildə isə bu məhdudiyyətlərin heç biri yoxdur və sərnişinlər daha ucuz nəqliyyat xidməti olan metro və avtobuslarlardan istifadə etməyə üstünlük verir.

Vasif
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man