Çin dünyanın ən çox avtomobil istehsal edən ölkəsi statusunu özündə saxlayır. Ölkədə kifayət qədər bahalı modellərlə yanaşı ucuz avtomobillər də istehsal olunur. Lakin çinlilər “kopyalamaq” xüsusiyyətlərinə sadoq qalırlar.
Avtosfer.az-ın xəbərinə görə, bu günlərdə çin şirkətlərindən biri “Bugatti”nin oxşarını düzəldib. Lakin Fransada istehsal edilən orijinalla Çinin təqlidi arasında çox ciddi uçurum var. Fransada istehsal olunan avtomobil məhdud sayda olub qiyməti 3 milyon dollara yaxındır. İstismar xərci də öz yerində.
Çinli istehsalçı isə “Shandong Qilu Fengde” modelini cəmi 7 000 dollara təqdim edir. Avtomat ötürücülü elektromobilin maksimal sürəti 60 km/saatdır. Bir dolumla 150 km qət etmək mümkündür.
Vüqar Yaşaroğlu
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man