Ərzaq qiymətlərində BAHALAŞMA - Qiymət artımı son 32 ilin ən yüksək səviyyəsinə çatdı – BMT

Media 08 Aprel 2022 | 13:07
OXUNUB: 1277
Qlobal ərzaq qiymətləri son 32 ilin ən yüksək səviyyəsinə çatıb.

Sfera.az Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən bildirir ki, qida qiymətləri indeksi martda orta hesabla 159,3 olmaqla 1990-cı ilin əvvəlindən bu yana ən yüksək səviyyəyə çatıb. Yalnız mart ayında qiymətlər 12,6 faiz artıb, son bir ildə isə bahalaşma 33,6 faiz olub.

Martdakı yüksək bahalaşma bitki yağları, taxıllar ət qiymətlərindəki böyük artımla bağlıdır. Bu məhsullarda qiymət səviyyəsi son 32 ilin ən yüksək həddinə çatıb.
 
Martda şəkər süd məhsullarının da qiyməti xeyli artıb.
 
FAO bildirir ki, martda taxıl məhsullarının qiymətində ciddi artım olub. Bir ayda taxıl məhsullarının qiyməti orta hesabla 17,1 faiz artıb ki, bunun da səbəbi daha çox Ukrayna-Rusiya müharibəsi ilə bağlıdır.
 
Müharibə buğda və digər əsas taxıl məhsullarının ixracında çətinlik yaradıb. Ötən ay yalnız buğdanın qiyməti 19,7 faiz artıb. Bundan başqa, qarğıdalı, arpa qiymətləri də xeyli yüksəlib.

Vasif
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man