"Brüsseldə keçirilən görüşdə razılaşdırılan məsələlər ətrafında Ermənistanın mövqeyinin dəyişməsi mümkündür”.
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Qarabağda bir qrup separatçıların şantajları ilə prosesi uzadarsa, həmçinin Qarabağdakı ermənilər Rusiyaya birləşmək oyunu ilə imzalar toplayarsa, Azərbaycan artıq hərbi vasitəyə əl atmalıdır:
"Bu ayın axırına kimi rəsmi İrəvanın sərhədlərlə bağlı mövqeyində dəyişilik olması mümkün deyil. Bundan əlavə, Azərbaycanın Ermənistanın işğalı altında olan anklav kəndlərinin qatarılması da prosesdə yer almalıdır. Ona görə də Paşinyan tərəddüd edir. Artıq, Qarabağdakı ermənilər üçün geri sayım başlayır. Yeni açılacaq Laçın dəhlizi yolunda Azərbaycanın post qoyması mümkündür. Belə olan təqdirdə Qarabağdakı silahlı separatçıların sonuna qısa bir vaxt qalır”.
Politoloq qeyd edib ki, Nikolun Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanımasından başqa çıxış yolu yoxdur:
"Demək olar ki, bir qrup erməni separatçı regionda dəyişən geosiyasi nizamı pozacaq gücdə deyil. Onları müdafiə edən Rusiya sülhməramlı qüvvələri də Ukraynada Kremlin məğlub olması ilə buradan çəkilib gedəcək. Azərbaycanın apardığı siyasət regionda yeni bir geosiyasi nizam yaradıb.
Günay Rəsulqızı
Sfera.az