Rusiya hakimiyyəti 2022-ci ildə rus filmlərinin istehsalına 11,5 milyard rubldan (indiki məzənnə ilə 151 milyon dollar) çox vəsait ayıracaq.
Sfera.az "Lenta.ru”ya istinadən xəbər verir ki, bunu baş nazir Mixail Mişustin deyib.
Böyük vəsaitin ayrılmasında məqsəd kino sənayesini dəstəkləməkdir.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların bir neçəsi kino sferasına tətbiq olunub və bunun nəticəsində sektorun böyük maliyyə itkiləri ilə üzləşməsi gözlənilir.
Kino və Televiziya Prodüserləri Assosiasiyasının rəhbəri Sergey Selyanov bildirib ki, 2022-ci ildə Hollivud kinosunun daxili bazardan çıxarılması səbəbindən Rusiya kinoteatrları 11 milyard rubldan (146 milyon dollar) çox itirə bilər. Xarici studiyalar martın əvvəlindən Rusiyada öz filmlərini nümayiş etdirməkdən imtina etməyə başlayıblar. Rusiya kinoteatrlarına film tədarükünü dayandıran ilk təşkilatlardan biri "The Walt Disney Company” olub. "Sony Pictures”, "Universal Pictures” və "Warner Bros.” da bu sıradadır. Rəsmi premyeradan bir gün əvvəl "Batman" filminin Rusiya kinoteatrlarında nümayişi ləğv edildi.
Vasif
Sfera.az