Moskvanın Cənubi Qafqaz SEVDASI: "Kreml bu yolla Ermənistanı Qərbdən "qoparmaq" istəyəcək" - ŞƏRH

Media 07 Aprel 2022 | 11:42
OXUNUB: 1370
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 8-də Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib ki, Rusiyanın başının Ukrayna ilə müharibəyə qarışdığı vaxtda Lavrovun ermənistanlı həmkarı ilə görüşü Kremlin regionla bağlı mövqeyindən xəbər verir.

Müsahibimizin sözlərinə görə, Moskva hazırkı çətin geosiyasi duruma rəğmən, Cənubi Qafqazı əldən buraxmamaqda, buradakı təsir gücünün azalmamasında israrlıdır:

"Görüşdə, çox güman ki, Cənubi Qafqazdakı durum prioritet mövzulardan olacaq. Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası Rusiyanı narahat edir. Bu baxımdan Moskvanın İrəvana təzyiqlərinin artırılması gözləniləndir. Böyük ehtimalla diplomatların görüşündə Prezident İlham Əliyevlə Nikol Paşinyanın Brüsseldəki görüşünün nəticələri barədə də fikir mübadiləsi aparılacaq. Kreml Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında, yekun sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Ona görə də prosesləri "tormuzlatmağa" çalışacaq. Yəqin ki, Rusiyada Ermənistanın narahatlığını anlayırlar. Lakin bu, Kreml üçün əhəmiyyətli deyil. Moskva öz forpostunun onun orbitindən kənara çıxmaması üçün bütün imkanlarını səfərbər edə bilər”.

Ekspert qeyd edib ki, nazirlərin müzakirə edəcəyi ikinci məsələ Ukraynadakı durum olacaq:

"Son zamanlar mətbuatda Ermənistanın Rusiyaya gizli yardımı barədə müxtəlif məlumatlar yayılır. Ermənistanın Rusiyaya təyyarələr və xüsusi təlim keçmiş pilotlar göndərməsi buna bariz nümunədir. Lakin İrəvan sözügedən dəstəyi mümkün qədər gizli göstərməyə çalışır. Çünki Qərbdən qorxur. Ola bilsin, Lavrov bu dəstəyin gələcəkdə aşkar formada davam etməsi ilə bağlı İrəvandan iltizam tələb etsin. Hətta tərəflər arasında bu istiqamətdə müəyyən yazılı razılıqların əldə olunması də mümkündür. Əlbəttə, Ukrayna ilə müharibədə Rusiya üçün Ermənistanın dəstəyi o qədər də əhəmiyyətli deyil. Sadəcə Kreml bu yolla Cənubi Qafqazdakı durumu nəzarətdə saxlamaq, həmçinin Ermənistanı Qərbdən "qoparmaq" istəyə bilər.

İrəvanın isə müqavimət göstərmək üçün şansı o qədər çox deyil. Ən azından ona görə ki, ölkədəki hərbi baza və "Qarabağ klanı" vasitəsilə Rusiyanın Ermənistana təsir imkanları hələ də qalmaqdadır. Ermənistan yalnız Qərbdən ciddi zəmanət aldığı təqdirdə Rusiyanın tələbləri ilə razılaşmaz. Bu isə indiki məqamda o qədər də real deyil. Bütün hallarda Lavrovla Mirzoyan arasında görüşün region üçün xüsusi əhəmiyyətli olacağını demək olar. Növbəti günlərdə isə Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramovla təmasları da mümkündür”.

Günay Rəsulqızı
Sfera.az






Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man