Zelenskidən ölkələrə QITLIQ MESAJI: “Onlar bizi aclıqla sınamaq istəyir...”

Media 06 Aprel 2022 | 17:04
OXUNUB: 1589
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın kənd təsərrüfatı yükləri daşıyan gəmilərin ixrac üçün limanlardan çıxmasına icazə vermədiyinə diqqət çəkib.

Sfera.az xəbər verir ki, Zelenski bununla əlaqədar ərzaq qıtlığının olacağını deyib:

"Niyə belə edirlər? Çünki onlar üçün aclıq hökmranlıq vasitəsidir, bizə, sadə insanlara qarşı silahdır. Ukrayna dünyanın aparıcı qida tədarükçülərindən biridir. Burada sadəcə olaraq, söhbət hansısa kəsirdən və ya aclıq təhlükəsindən getmir. Ərzaq qıtlığı olacaq və qiymətlər yüksələcək".

Rusiyanın Ukraynada etdiyi hər şeyə görə məsuliyyət daşımalı olduğunu deyən Zelenski Ukraynada müharibənin 42-ci günündə ən azı 167 uşağın öldürüldüyünü bildirib. Rusiyanın blokadası və hücumu altında olan Mariupol şəhərindəki vəhşiliklərin miqyasının bilinmədiyini bildirən Zelenski, "Rusiyanın bombardmanı nəticəsində 927 təhsil müəssisəsi, 258 xəstəxana zərər görüb, 78 təcili yardım maşını atəşə məruz qalıb. Onlar hətta qadın və uşaqlardan başqa heç kimin olmadığını dəqiq bildikləri kilsə və sığınacaqları da hədəfə alırlar. Bunu edən ölkə sivil ölkələr sırasında olmağa layiq deyil”, - deyə bildirib.
 
Əzizə Zeynal
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man