"Google Maps" bu məlumatları yığışdırır – “Bakı sakinlərinin işi çətinləşəcək”

Media 06 Aprel 2022 | 16:55
OXUNUB: 2490
""Google Maps" xəritəsindən Bakının ictimi nəqliyyat marşrutlarına dair məlumatlandırma sisteminin yaxın günlərdə yığışdırılacağı ilə bağlı xəbər çox məyusedicidir”.
 
Sfera.az bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib. O qeyd edib ki, "Transit for Baku" ətrafında toplaşan fəalların yaratdığı bu məlumat sistemi çox önəmlidir:

"Əslində dövlət qurumlarının görməli olduğu işdir. Belə elektron məlumatın olmaması ictimai nəqliyyatdan istifadə edən Bakı sakinlərinin və qonaqların işini xeyli çətinləşdirəcək. BNA və başqa bütün təşkilatlar nəinki, bu işi dəstəkləməli, hətta onun təkmilləşməsi üçün hər şeyi etməlidir”.

Ekspert əlavə edib ki, Bakıdakı bütün nəqliyyat problemlərinin həlli ictimai nəqliyyatın inkişafından, əlçatanlığından keçir.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man