Mühacirətdə olan
rusiyalı oliqarx Mixail Xodorkovski Putinin Ukraynaya yeni qoşun dalğası göndərməsinin
mümkün olduğunu bəyan edib.
Sfera.az xəbər verir
ki, Putinin qərarının ciddi siyasi nəticələri olacağını iddia edən Xodorkovski,
onun əsgərlərini xüsusilə Qafqaz bölgəsindən seçdiyini və onların ailələrinə
yüksək məbləğdə pul ödədiyini açıqlayıb:
"Xüsusilə də Şimali
Qafqaz və kiçik bölgələrdə yaşayan insanların seçildiyini nəzərə alsaq, onların
yaşam dəyəri Rusiya üçün yüksək deyil. Putin əsgərlərini bu yerlərdən aparır və
onların ölümünün əvəzini o qədər ödəyir ki, yaxın qohumları səsini çıxarmır”.
Qeyd edək ki, rus
oliqarx bu yaxınlarda Rusiyanın yeni hədəfinin Estoniya, Latviya və Litva
olacağını iddia etmişdi.
Əzizə Zeynal