DİM imtahan vaxtını yanlış göndərib? - "Bu, sadəcə bəhanə ola bilər" - AÇIQLAMA

Media 06 Aprel 2022 | 15:56
OXUNUB: 1436
Sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzi tərəfindən abituriyentə buraxılış imtahanın vaxtı ilə əlaqədar yanlış mesajın göndərilməsi iddia olunub.
 
Belə ki, DİM-in abituriyentə imtahanın keçirilməsi zamanı ilə bağlı göndərdiyi mesajda ötən ilin tarixi göstərilib. Eyni zamanda bildirilib ki, tələbə göndərilən yanlış mesajla əlaqədar imtahana getməyib.
 
Məsələ ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə ilə əlaqə saxladıq. DİM rəsmisi Sfera.az-a açıqlamasında abituriyentin imtahana getməməsinin sadəcə bəhanə ola biləcəyini deyib:
 
"İmtahanda iştirak etmək istəyən əvvəlcədən qeydiyyatdan keçir və 1 həftə-10 gün qalmış DİM-in saytından buraxılış vərəqəsini çap edib imtahana gedir. Məsələ bu qədər sadədir. SMS buraxılış vərəqəsini vaxtında çap etməyənlər üçün xatırlatma məqsədilə göndərilir və orada da vərəqi çap etmək üçün link yerləşdirilib. Kimlər imtahana getmək istəyirsə, linkə daxil olub buraxılış vərəqəsini çap edir. İştirak etmək istəməyənlər üçün bu sadəcə bir bəhanə ola bilər”.
 

 
Əzizə Zeynal
Sfera.az
  
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man