Böyük şəhər bələdiyyəsinin yaradılması yenidən gündəmdə: Avropada mer institutu olmayan yeganə ölkə Azərbaycandır

Media 06 Aprel 2022 | 11:33
OXUNUB: 1561
Milli Məclisin aprelin 5-də keçirilən iclasında Milli Məclisin regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov böyük şəhər bələdiyyələrinin yaradılmasını təklif edib.

Sfera.az bildirir ki, o təklifində ilkin olaraq, Gəncə və Sumqayıtda şəhər bələdiyyələrinin yaradılmasını, bunun effektli olacağı təqdirdə isə Bakıda böyük şəhər bələdiyyəsinin yaradılmasının məqsədəuyğun olduğunu deyib.

Qeyd edək ki, Azərbaycanda böyük şəhərlərdə bələdiyyələrin yaradılması təklifi əvvəlki illərdə də səsləndirilib. Bu təklifin irəli sürülməsi Azərbaycanın Avropa Şurasına üzvlüyündən sonra ortaya çıxıb.

Ölkəmiz Avropa Şurasına üzv olanda hökumətin qurum qarşısında götürdüyü öhdəliklərdən biri də mer institutunun yaradılması və Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması olub. Avropa Şurasına üzvlükdən 20 ildən artıq vaxtın keçməsinə baxmayaraq hələ də ən azından Bakıda böyük şəhər bələdiyyəsi, mer institutu yaradılmayıb. Hazırda Azərbaycan Avropa Şurasının mer institutu olmayan yeganə ölkəsidir.

Ekspert Samir Əliyev deyir ki, Avropa Şurasına üzv dövlətlərdə paytaxt şəhərlərinin özünüidarəsinə dair 2 tövsiyə mövcuddur. "Paytaxt şəhərlərinin idarə olunması haqqında” 133 saylı Tövsiyəyə əsasən, paytaxt şəhərlərinə elə şərait yaradılmalı və elə səviyyədə resurslar təqdim olunmalıdır ki, onlar öz administrativ funksiyalarını müstəqil həyata keçirə bilsinlər. Öz növbəsində sənədin 12-ci bəndində paytaxt şəhərlərdə qərar qəbulu prosesinin qanuniliyinin əsas şərti qismində vətəndaş iştirakçılığının təmin olunması göstərilir.

Avropa Şurasının Nazirlər Kabineti üzv dövlətlərə tövsiyə edir ki, paytaxt şəhərlərə maksimum səviyyədə müstəqillik, o cümlədən zəruri maliyyə müstəqilliyi versinlər.

S.Əliyev xatırladır ki, meriya institutunun yaradılması Bakı şəhəri üçün yad deyil, paytaxtın özünüidarə institutu vaxtilə mövcud olub: 

"Paytaxtın idarə edilməsində seçkili orqanın iştirakı təcrübəsi Azərbaycanın Rusiya impersiyası tərkibində olan dövrlərə təsadüf edir. Rusiyada şəhər özünüidarə orqanlarının, yəni dumaların və bələdiyyə idarələrinin yaradılması barədə rus imperatoru 1870-ci ildə fərman verdikdən 8 il sonra 1878-ci ildə Bakıda Dumaya seçkilər keçirilib. İlk Dumaya 72 nəfər, sonralar 75 nəfər üzv seçilib. Fərmana görə, azərbaycanlıların sayı Duma üzvlərinin ümumi sayının yarısından çox ola bilməzdi”.

Ekspert hesab edir ki, paytaxt şəhərlərin idarə olunması sahəsində beynəlxalq təcrübəyə, həmçinin bu sahədə mövcud olan beynəlxalq sənədlərə istinad edərək Bakı şəhərində təcili olaraq yerli özünüidarənin yaradılmasına başlanılmalıdır: 

"İlk növbədə Bakı şəhərinin statusu haqqında qanun qəbul edilməlidir. Qanunda paytaxtın seçkili orqanı olan bələdiyyə şurasının formalaşması, o cümlədən şəhər merinin seçilməsi mexanizmləri, şəhərin şura tərəfindən idarə olunması mexanizmləri və s. əksini tapmalıdır. Seçki Məcəlləsində isə müvafiq düzəlişlər edilməlidir.”

Məlumat üçün bildirək ki, hazırda Bakıda 53 bələdiyyə (7 şəhər və 46 qəsəbə) fəaliyyət göstərir. 2021-ci ildə onların gəliri 11,543 milyon manat, xərcləri 11,33 milyon manat olub. Bakı bələdiyyələrinin gəlirinin 75 faizi vergilər hesabına formalaşır.

Vasif
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man