"Pekin ehtiyatlıdır, Kiyevin isə iki gözləntisi var" - TƏHLİL

Media 06 Aprel 2022 | 11:15
OXUNUB: 1325
"Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Vang Yi ilə telefon danışığında Rusiyanın Ukrayna torpaqlarını işğalı və Buça qətliamı barədə müfəssəl məlumat verib. Vang Yi Buçada ölənlərlə bağlı Kulebaya başsağlığı verib. Vang Yi Kulebaya bildirib ki, müharibənin davamı beynəlxalq ticarətə və qida təhlükəsizliyinə zərbə vurur. Müharibəyə qədər Çinin Ukraynadan qida məhsullarının idxalıyla bağlı böyük planları var idi. Hazırda bunları reallaşdırmaq mümkün deyil”. 
 
Sfera.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, nazirlərin telefon danışığıyla bağlı Çin Xarici İşlər Nazirliyi də açıqlama yayımlayıb:

"Açıqlamada Çin müharibənin dayandırılmasına səsləyib və bunun Avropa təhlükəsizliyi üçün vacib olduğunu vurğulanıb: 

"Müharibə bütün hallarda bitəcək. Əsas məsələ bundan sonra bölgədə təhlükəsizliyin təminatıdır. Pekin Moskva ilə Kiyev arasında dialoqun davamını dəstəkləyir. Çin müharibənin dayandırılmasıyla bağlı hansısa maraqları güdmür”.

Beləliklə, Moskvanın strateji tərəfdaşı olan Pekin Ukraynada müharibənin uzanmasından narahatlığını bir daha ortaya qoyub. Ukrayna və Çin xarici işlər nazirləri müharibə başlayandan bəri ikinci dəfədir ki, telefonla danışırlar. Kiyevin Pekindən iki gözləntisi var. 

Birincisi, Kiyev istəyir ki, Pekin Rusiyanın işğalçı müharibəsindən məsafə saxlasın, bunu dəstəkləməsin. 

İkincisi, Pekin müharibənin dayandırılması üçün Kremlə təsir etsin. 

Pekin ehtiyatlıdır. Çin nə Kremlin işğalçı müharibəsini pisləyir, nə də müharibəyə haqq qazandırır. Pekin üçün Rusiya-Ukrayna müharibəsində qızıl ortanı tapmaq çətindir. Çünki bir tərəfdə işğalçı, digər tərəfdə işğala məruz qalan dövlət dayanıb. Bu ikisi arasında bərabərlik işarəsi qoymaq problematikdir”.

Turan Rzayev
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man