Bu ölkədə ŞOK QƏRAR - Körpələri doğuşdan 7 gün sonrayadək öldürməyə icazə verilir

Media 05 Aprel 2022 | 18:50
OXUNUB: 1446
Kaliforniya Qubernatoru Gavin Nyusom hamiləliyin doqquz ayına qədər dövrdə və doğuşdan sonrakı həftələrdə uşaqların öldürülməsini qanuniləşdirən yeni qanun layihəsi üzərində işləyir.
 
Sfera.az "Miamistandard”a istinadən xəbər verir ki, ana hamiləliyi ilə bağlı verəcəyi hər hansı qərarə görə mülki və cinayət ittihamlarından qorunacaq. Bu qərara yalnız hamiləliyin istənilən mərhələsində abort deyil, həm də "perinatal ölüm” daxildir. Perinatal ölüm, yeni doğulmuş uşağın yeddi gün ərzində öldürülməsi kimi müəyyən edilir.
 
Bununla da Kaliforniya qanunvericiliyi, doğuşdan əvvəl və sonra körpələrin öldürülməsini qanuniləşdirir.
 
Parlament üzvü Buffy Vicks (D-Berkeley) tərəfindən irəli sürülən təklif qanunvericilikdə doğulmamış və doğulmuş uşaqların öldürülməsi hüquqi akt kimi kodlaşdırılacaq və "qadınların reproduktiv hüquqları" kimi təbliğ ediləcək.
 
Gavin Nyusom vəzifəyə gəldiyi gündən abortla bağlı daha geniş hüquqların tətbiqinə və Kaliforniyanı sözdə qadın hüquqlarının müdafiəsinə əsaslanan "müqəddəs dövlət” elan etməyə çalışıb.
 
Kaliforniya Ailə Şurasının prezidenti Conatan Keller isə hər kəsin bu qanun layihəsinə qarşı çıxmalı olduğunu bildirib.
 
Əzizə Zeynal
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man