"Əvvəllər xarici proqram "oğurluğuna" icazə verən
Rusiya indi də xarici avadanlıq "oğurluğuna" icazə verəcək”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidentiOsman Gündüz bildirib.
O, Rusiyanın istənilən ölkədən texnologiya idxal edə
biləcəyini deyib:
"Rusiya qlobal dünyanın total sanksiyaları ilə üz-üzə qalıb.
Bütün texnoloji şirkətlər Ukraynaya təcavüzlə bağlı Rusiyanı tərk edib. Rusiya
vəziyyətdən çıxış yolları axtarır. Əvvəllər qeyd etmişdik ki, Rusiya dövlət və özəl sektorda
proqram təminatı sahəsində "oğurluğa" icazə
verib. Yəni bu ölkədə xarici proqram təminatlarından lisenziyasız istifadə
artıq hər hansı cinayət və inzibati məsuliyyət yaratmır. İndi də Rusiya
hökuməti
avadanlıq "oğurluğuna" icazə verir.
Artıq Rusiya hökuməti təkcə istehsalçılardan, ya da onların
razılığı olan şirkətlərdən deyil, istənilən yerdən və istənilən formada
texnologiya idxalına icazə verib. Belə ki, hansısa Rusiya şirkəti xarici
istehsalçının məhsulunu, telefon, kompyuter, noutbuk və ya TV-ləri paralel olaraq
istənilən şirkətdən istehsalçının razılığı olmadan da əldə edə biləcək. Bu da
oğurluğun yeni, daha müasir növüdür”.
Ekspert Rusiyada
"İT
qara bazarı"nın foralaşacağını deyib:
"Əvvəllər Rusiyada mövcud olan qaydalara görə istehsalçı
şirkət bu ölkə üçün texnoloji məhsullarına mütləq qabaqcadan siyahısı
təsdiqlənən yerli proqram təminatlarını da yükləməli idi. Xarici avadanlığa
(telefon, kompyuter, noutbuk və ya TV və s.) yerli proqramlar yükləmədən ölkəyə
daxil etmək cinayət məsuliyyəti yaradırdı, böyük cərimələr tətbiq
edilirdi. Artıq bu qaydalar da Rusiyada ləğv edildi. İndiki qaydalara görə hər
hansı avadanlığı paralel olaraq istənilən yerdən alıb Rusiyaya gətirmək olar.
Güman etmək olar ki, Rusiyadakı bu qərarlarla bağlı regionda nəhəng "İT
qara bazarı" formalaşacaq. Qonşu ölkələr böyük pullar qarşılığında
Rusiyaya bu texnoloji məhsulların, avadanlıqların sanksiyadan kənar ötürülməsi
üçün platformaya çevrilə bilər”.
Əzizə Zeynal
Sfera.az