Ramazan ayında dəbdəbəli iftar süfrələrinin təşkili doğrudur? – İlahiyyatçı

Media 05 Aprel 2022 | 21:52
OXUNUB: 3226
Ramazan ayında ən çox müzakirə edilən mövzulardan biri də heç şübhəsiz dəbdəbəli iftar süfrələridir. Bir çox insan Ramazan ayının mahiyyətinə uyğun olmayaraq evlərində və ya şəhərin müxtəlif kafe, restoranlarında dəbdəbəli iftar süfrələri təşkil edir. Təsadüfi deyil ki, Ramazan ayında paytaxtın müxtəlif kafe, restoranlarında da dəbdəbəli iftar menyuları vətəndaşların xidmətinə verilir.

Maraqlıdır dəbdəbəli iftar süfrələrinin təşkili nə dərəcədə doğrudur? İslam dininin bu kimi hallara münasibəti necədir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli deyib ki, Ramazan ayında səhərdən axşama qədər oruc tutub iftar süfrəsini zəngin təamlar ilə keçirən müsəlmanlar az deyil.

"Prinsip etibarilə bu kimi hallar insanların Ramazan ayının mahiyyətini tam olaraq dərk etməməsi və ümumilikdə Ramazan təfəkkürünün formalaşmamasından irəli gəlir. Birmənalı olaraq anlamaq lazımdır ki, Ramazan ayı dəbdəbəli süfrə ayı deyil. Ramazan ayı bir qardaşlaşma, paylaşma ayıdır. Bu ayda yardımsevən insanlar kasıbların əlindən tutmalı, onlara yardım etməlidir. İftar süfrələrinin ətrafına ilk növbədə belə insanlar dəvət edilib, sevindirilməlidir”.

İlahiyyatçının sözlərinə görə, bir insan əgər səhərdən axşama qədər ac qalıb, axşam iftar süfrəsinə əyləşib yeyib doyursa, bunun adı oruc deyil:

"Hesab edirəm ki, hər kəs Ramazan ayında çəkisindən bir-iki kiloqram itirməlidir. Elə insan var Ramazan ayı zamanı kökəlir. Ramazan ayı kökəlmə ayı deyil. Bu ayda günahlar ilə birlikdə piy qatı da əriyir. Bu ay insan ruhunun bədəninə baş əydiyi aydır”.

Turan Rzayev
Sfera.az
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man