Ukraynalı analardan ürəkdağlayan hərəkət: övladlarını ölü və ya diri tapa bilmək üçün... - FOTOLAR

Media 05 Aprel 2022 | 12:28
OXUNUB: 865
Ukraynada analar övladlarını ölü və ya diri tapmaq üçün bədənlərinə işarələr qoymağa başlayıb.
 
Sfera.az bildirir ki, Vira Makov adlı azyaşlının sosial mediada yayılan şəkilləri bunu deməyə əsas verib. Belə ki, 2,5 yaşlı qızın ötən gün Buçada çəkilən fotosu Çexiya, Macarıstan, Polşa və Slovakiyadakı hadisələrdən xəbər verən "Visegrad24” xəbər saytı tərəfindən paylaşılıb.

Görüntülərdə uşağın kürəyində qələmlə onun adı, soyadı və doğum tarixinin yazıldığı görülüb. Bundan başqa, ana kiçik qızının kürəyinə öz telefon nömrəsini yazıb. Məlumata görə, ukraynalı analar bu üsulla müharibədə ölmək riski olan övladlarını tapmağa ümid edirlər. Həmçinin "Onlar övladlarının ciblərinə qoyduqları şəxsiyyət məlumatlarının itməsi, yanması və s. ehtimallara qarşı son çarə olaraq bunu edirlər”, - deyə bildirilib.

Viranın fotoları qısa zaman ərzində sosial mediada gündəm olub.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man