Azərbaycan bank sektorunda yeni problem - Banklararası müştəri axını başlayacaq - PROQNOZ

Media 05 Aprel 2022 | 11:42
OXUNUB: 1378
"Milli bank sektorumuzun Rusiyanın üzləşdiyi sanksiyalardan təsirlənməməsi imkansızdır”.
 
 
Sfera.az bildirir ki, bunu tanınmış iqtisadçı Rövşən Ağayev deyib. Onun sözlərinə görə, 3-5 bankı çıxmaq şərtilə, yerdə qalan bütün bankların müxbir hesabları Rusiyanın banklarında idi:
 
 
"Hələ 3-4 il əvvəl bank sektoorunda işləyən iki ayrı dostdan eşitmişdim ki, FATF-ın (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu) tələblərinə uyğun gəlmədiyi əsas gətirilərək Azərbaycan banklarının əksər hissəsinin Avropa və ABŞ banklarında müxbir hesablar açması artıq imkansızdır. Hətta mövcud hesablar da bağlanırdı. Bizim bankların Rusiya banklarında müxbir hesabının olması o deməkdir ki, azərbaycanlı fiziki və hüquqi şəxslərin dünya ilə hesablaşmaları, "Visa” və "Mastercard” kimi ödəmə kartlarından istifadə məhz Rusiyadakı müxbir hesablar sayəsində mümkündür”.
 
 
Ekspert vurğulayıb ki, rus bankları vasitəçi bank kimi bizə ordakı müxbir hesablar üzərindən klirinq xidmətləri göstərirdi:
 
 
"Bildiyim qədərilə, Azərbaycan bank sektorunda üstün paya malik banklardan yalnız Beynəlxalq Bankın bilavasitə Avropa və ABŞ banklarında müxbir
hesabları var. Belə hesabları olan digər 3-4 bank isə ölkənin bank sektorunda ən böyük paya malik olan ilk 5 bank arasında yoxdur. Belə görünür ki, Rusiyaya qarşı sanksiyalar uzun sürərsə, Azərbaycanda banklararası müştəri axını başlayacaq. Biznes və sadə vətəndaşlar dollar və ya avro hesablarından istifadə üçün ABŞ və Avropada müxbir hesabları olan bankları seçməyə çalışacaqlar”.
 
 
Günay Rəsulqızı
Sfera.az






 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man