Elşad Miri partlayışla bağlı deyilənlərə qəzəbləndi: "Kimin necə öləcəyini heç kim bilmir"

Media 04 Aprel 2022 | 14:21
OXUNUB: 1149
Ötən gün partlayışın baş verdiyi Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi 9 ünvanında yerləşən "Location” gecə klubu ilə bağlı müzakirələr davam edir. Bu istiqamətdə ilk tənqid obyekti olan məsələlərdən biri də Ramazan ayı ilə əlaqəli idi. Bir qisim şəxs hesab edir ki, məhz Ramazanın ilk günündə partlayışın olması ədalətli olub.

Sfera.az-ın məlumatına görə, bununla bağlı tanınmış ilahiyyatçı Elşad Miri deyib ki, "Ramazanın ilk gününü gecə klubunda qarşılamağın sonu belə olmalı idi",  demək vicdanlı insanın sözü deyil:

"Ramazanın 2-ci və ya 3-cü günü baş versəydi, nə deyəcəkdilər? Ramazan ayında Ukraynada baş verənlərə nə deyəcəklər? Yaxud bu ayda müxtəlif məkanlarda əyləndikləri halda, heç bir hadisə baş verməyənlərə o zaman haqq qazandıracaqlar? Biri deyir "məhərrəmlikdə toy etmək olmaz”, digəri may ayının ağır olduğunu iddia edir. Bu dar düşüncənin ağızdan çıxan ifadələridir. Həmin günlərdə baş verən bədbəxt hadisəni də belə "qiymətləndirirlər”. Kimin necə və hansı formada öləcəyini heç kim bilməz. Bu cür iddia sahiblərinin ölüm anına kimi eyni düşüncədə qalacağına da zəmanət yoxdur”.

E.Miri bu hadisəni Allahın qəzəbi kimi təqdim edənlərə də cavab verib:

"Allahın qəzəblə əlaqəli adı və sifəti də yoxdur. Allahı qəzəbləndirənlər ən böyük zülm olaraq ona ortaq qoşanlardır, başqalarına böhtan atanlar, öz fikirlərini Allaha istinad edənlərdir. Onun mesajlarını dəyişdirib təqdim edənlərdir - "Bəqərə” surəsi, 2/79; "Ali-İmran” surəsi, 3/78. 

İnsanlar necə əylənəcəklərinə özləri qərar verirlər. Allah insanlara ona güvənib yaşamaq və ya inkar edib yaşamaq seçimini verib”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man