Moskva-Kiyev danışıqları Ankaranı bu regionda lider edə bilər... – Şərh

Media 04 Aprel 2022 | 14:46
OXUNUB: 1273
"Rusiya və Ukrayna arasında Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlar müsbətə doğru dəyişir. Bu, Ankaranın Şərqi Avropada və Qara dənizdə Rusiya qarşısında üstünlüyünə gətirib çıxara bilər”.

Sfera.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə müharibədən sonra Türkiyə-Rusiya əməkdaşlığı əvvəlki səviyyədə olmayacaq:

"Çünki Türkiyə Rusiyanın apardığı siyasəti regional təhlükəsizliyinə təhdid görür. Qeyd edim ki, Türkiyə bundan sonra Rusiyadan silah almayacaq. Xüsusilə S-400 havadan müdafiə sistemlərinin alışı və Türkiyədə birgə istehsalı real görünmür.

Bu müharibə Rusiyanın silah ticarəti bazarına mənfi təsir etməklə, onun yerini Türkiyənin tutması mümkündür. Türkiyənin modern silahları Rusiyanın silahlarını geri qoydu. Bundan əlavə, Türkiyə kifayət qədər Şərqi Avropa, Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqelərini gücləndirəcək”.

Politoloqun sözlərinə görə, Rusiya və Ukrayna arasında sülhün əldə olunmasında Türkiyənin vasitəçiliyi mümkündür:

"Əgər, R. T. Ərdoğan iki ölkə prezidentlərini İstanbulda bir araya gətirib sülh müqaviləsinin bağlanmasına nail olarsa, Ankara beynəlxalq sülh yaradan ölkə statusunu alacaq. Həmçinin bu Türkiyənin daxili siyasətində R.T. Ərdoğanın reytinqini yüksəldəcək. 2023-cü ildə Türkiyədə keçiriləcək seçkilər AKP-nin qələbə əldə etməsilə nəticələnəcək.

Təbii ki, AKP-nin hakimiyyətdə qalması Azərbaycanın da maraqlarına cavab verir. Regionda başlanan geostrateji porseslərin davamı məhz AKP-nin hakimiyyətdə qalmasını labüd edir”.

Turan Rzayev
Sfera.az

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man