Bələdiyyələrin gəlirlərində ciddi artım - Ən çox bu vergilər toplanıb

Media 04 Aprel 2022 | 12:26
OXUNUB: 897
2021-ci ildə Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin gəlirlərində ciddi artım qeydə alınıb.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bələdiyyə gəlirləri il ərzində 19,1 faiz, yəni 6,68 milyon manat artaraq 41,65 milyon manat olub. Ötən il bələdiyyələrin büdcə gəliri 35 milyon manatdan bir qədər az idi.

Bələdiyyələrin gəlirinin artmasının əsas səbəbi vergi yığımlarının kəskin artmasıdır.
 
Yerli özünüidarəetmə qurumları fiziki şəxslərdən torpaq, əmlak, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi toplayır. Həmçinin bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi də yerli özünüidarəetmə qurumuna çatır.

Ötən il bələdiyyələr vergilərdən 18,976 milyon manat toplayıb ki, bu da 31,7 faiz (4,56 milyon manat) artım deməkdir.

Daha çox vergi əmlak vergisindən toplanıb. Əmlak vergisi üzrə yığım 40,3 faiz (3,2 milyon manata yaxın) artaraq 11,12 milyon manat olub.

Torpaq vergisi 20 faiz artıb və 6,6 milyon manatı ötüb. Mədən vergisi isə 27,6 faiz artaraq 1,23 milyon manata çatıb.

Digər vergi növü üzrə daxilolma qeydə alınmayıb. Bələdiyyələrin vergi olmayan gəlirlərində də artım var. Ötən il bu növ gəlirlər 11 faiz artaraq 21,8 milyon manata yüksəlib və cəmi gəlirlərin 52,3 faizini təşkil edib.

Vergi olmayan gəlirlər üzrə ən böyük mədaxil bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən əldə edilib. Bu növ gəlirlər son bir ildə 6,6 faiz artıb və cəmi gəlirlərin 31,8 fazini formalaşdırıb. Burada əsas gəlir isə bələdiyyə əmlakının özəlləşdirilməsindən (6,77 milyon manat) daxil olub. Ötən il özəlləşmədən gəlirlər 3,3 faiz azalıb.

Özəlləşmədən fərqli olaraq bələdiyyə əmlakının icarəyə verilməsindən əldə olunan gəlirlər artıb. Bələdiyyələr icarədən 6,5 milyon manat (19,4 faiz çox) qazanıb.

Vergi olmayan gəlirlərdə digər ən böyük pay dövlət büdcəsindən verilən dotasiya və subvensiyalardır. Ötən il dövlət bələdiyyələrə 6,17 milyon manat yardım ayırıb ki, bu da 7,8 faiz artım deməkdir.

Bələdiyyələrə digər yardım hüquqi və fiziki şəxslərdən edilir. 2021-ci ildə qeyri-dövlət yardımları 96 faiz artaraq 859 min manata çatıb. Hüquqi şəxslər 677,7 min manat, fiziki şəxslər isə 182 min manata yaxın yardım edib.

Bələdiyyələrin vergi və vergi olmayan digər gəlirləri də var ki, onların ümumi gəlirlərdə payı 2,1 faiz (878 min manat) olub.
 
Vasif
Sfera.az








 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man