Qərb Moskvaya yeni sanksiyalar təbiq etməyə hazırlaşır: hansı sahələrdə?

Media 04 Aprel 2022 | 11:16
OXUNUB: 2634
"Rusiya Ukrayna müharibəsində gərginliyin daha da artması səbəbindən Qərb Moskvaya qarşı yeni sanksiyaları müzakirə edir. Avropa İttfiaqının Rusiya qazından imtina məsələsi də müzakirə edilən mövzulardandır. Hazırda Rusiya Avropanın qaz idxalının 45, ümumi istehlakının isə 40 faizini formalaşdırır”. 
 
Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Millət vəkili deyib ki, qədim qitənin qaz ehtiyatları yüksək qiymətləndirilməsə də, Brüssel bu məsələdə daha radikal addımlar ata bilər:

"Mərkəz və Şərqi Avropa ölkələri qaz ehtiyatları baxımdan daha riskli zona hesab olunur. Mələsən, Çex Respublikasının cəmi 34 günlük qaz ehtiyatları var. Doğrudur, havaların istiləşməsi Avropaya manevr imkanları verir. Bununla belə, azalan və ya imtina edilən idxalı qısa zamanda başqa mənbələr hesabına kompensasiya etmək çox çətindir.

Digər tərəfdən, Rusiya üçün də enerji məhsullarının, o cümlədən qazın ixracatı əsas gəlir mənbələrindən biridir. 2021-ci ildə Rusiyanın neft ixracatından gündəlik gəliri 350 milyon dollar olub. Qaz Rusiyaya gündəlik 200 milyon dollar valyuta gətirib. Deməli, söhbət illik 70 milyard dollara yaxın valyutanın itirilməsindən gedir.

Görünən budur ki, tərəflər "va-bank”  getməkdən belə çəkinmirlər. Tunelin sonunda isə hələ də "işıq” görünmür”.

Turan Rzayev
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man