Rusiyalı hərbçilərin "Qırmızı meşə" səhvi - Hamısı xəstəxanalıq oldu

Media 02 Aprel 2022 | 16:00
OXUNUB: 4124
Rusiyalı hərbçilər müharibənin ilk günü Çernobıl AES-ə nəzarəti ələ keçirmişdi. Martın 31-i isə bir sıra dünyaca məşhur  KİV-lər Rusiya qoşunlarının Ukraynada Çernobıl Atom Elektrik Stansiyasının ərazisini tərk etdiyini yazdı. Onların Belarusla sərhədə tərəf getdiyi bildirildi.
 
Sfera.az Ukrayna mediasına istinadən xəbər verir ki, rusiyalı hərbçilərin niyə AES-i tərk etdikləri ilə bağlı suallar isə hələ indi cavab tapır. 

Ukraynanın "Enerqoatom” şirkəti iddia edir ki, Çernobılda olan rusiyalı hərbçilər "Qırmızı meşə” adlanan ərazidə xəndək qazdıqları üçün yüksək dozada radiasiyaya məruz qalıblar. Bildirilir ki, bura vaxtilə Çernobılda radiasiyanın təsirinə ən çox məruz qalmış hissələrdən biridir. Hətta Çernobıl faciəsi zamanı burada radiasiya səbəbilə ağacların yarpaqları qızarıb, elə ona görə də adı "Qırmızı meşə" olaraq qalıb. 

Belarus teleqram kanalları isə içərisində rusiyalı hərbçilər olan bir neçə avtobusun ölkənin Qomel şəhərindəki şüadan müalicə mərkəzinə gəldiyini iddia edirlər.
Rusiya Müdafiə Nazirliyi iddialarla bağlı açıqlama verməyib. 

Aysel
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man