Putinin səhhəti ilə bağlı yeni İDDİALAR: Həkimi ən azı 35 dəfə...

Media 02 Aprel 2022 | 13:39
OXUNUB: 4096
Putinin səhhəti ilə bağlı iddialar yenidən gündəmə gəlib.
 
Sfera.az bildirir ki, buna səbəb dəfələrlə Moskvadan Soçiyə uçan müəmmalı sərnişin barədə məlumatlar olub. İddialara görə, Rusiya prezidentinin yanında daim qalxanabənzər vəzi xərçəngi üzrə ixtisaslaşmış cərrah olur. Bu barədə Rusiyada müxalif nəşrləri ilə tanınan "Proekt” media orqanı yazı dərc edib.

Müxalifət mediasının xəbərlərində yer alan iddialara görə, Moskvada xəstəxanada çalışan Yevgeni Selivanov adlı mütəxəssis həkim Rusiya prezidentinin səhhətini yoxlamaq üçün ən azı 35 dəfə Moskvadan Soçiyə uçub. "Proekt” media orqanı qeyd edib ki, Putinin qalxanabənzər vəzi xərçənginə tutulması ilə bağlı ciddi məlumatlar var: "Rusiya prezidentinin hazırda səhhəti ilə əlaqəli narahatlıqları var”.

Həmçinin qeyd olunub ki, Vladimir 2020-ci ildə Milli Endokrinologiya Tibbi Araşdırmalar Mərkəzinin rəhbəri İvan Dedov ilə görüşüb və burada qalxanabənzər vəzi xərçəngi, xərçəngin qarşısını alan dərmanlarla bağlı məsələlər müzakirə edilib. Son illərdə Rusiya liderinin münasibətində dəyişikliklərin olduğu və bu dəyişikliyin onun yaxın ətrafı tərəfindən də diqqət çəkdiyi bildirilib. Putinin 2012-2021-ci illər arasında gündəlik proqramlarını son anda ləğv etdiyi və ən azı 5 dəfə yoxa çıxdığı da vurğulanıb. Rusiya liderinin son zamanlar insanlar arasında məsafə saxlamasının arxasında xəstəlik qorxusunun olduğu qeyd olunub.
Xatırladaq ki, Putinin son görüşlərində, xüsusən də Fransa lideri Makronla görüşündə qonaqlarından uzaqlaşması tez-tez gündəm olub. Onun əvvəllər xərçəng olması xəbəri Kreml tərəfindən təkzib edilib. Daim kameralar önündə güclü və sağlam lider mesajı verən Putinin səhhəti ilə bağlı bir çox iddialar hələ ki, təsdiqini tapmayıb.

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man