Baydendən Putinlə bağlı YENİ İDDİA

Media 02 Aprel 2022 | 10:36
OXUNUB: 3049
ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putin haqqında danışıb.
 
Sfera.az bildirir ki, ölkə rəhbəri həmkarının özünü təcrid etdiyini və bəzi müşavirlərinin işdən çıxarılması və ya ev dustaqlığına salınması haqqında şübhələrin olduğunu deyib. ABŞ kəşfiyyat rəsmilərinin məlumatlarını təkrarlayan Bayden bu ifadələrdən istifadə edib: 

"Bir çox spekulyasiyalar var. Mən bunu qəti demirəm, amma deyəsən Putin özünü təcrid edir. Onun bəzi müşavirlərini işdən çıxararaq ev dustaqlığına salınması ilə bağlı bəzi əlamətlər var. Lakin indi çox iddialı olmaq istəmirəm. Çünki əlimizdə tutarlı dəlil yoxdur”.

Digər tərəfdən, neft qiymətinin artımına diqqət çəkən Bayden ABŞ-ın strateji ehtiyatından 6 ay ərzində gündə 1 milyon olmaqla, cəmi 180 milyon barel neftin çıxacağını açıqlayıb. O, həmçinin quyuların istismarını icarəyə götürmələrinə baxmayaraq, hasilatı artırmayan neft şirkətlərini cəzalandıracağını da deyib. 

Günay Rəsulqızı
Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Son xəbərlər

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man