Lavrovdan müharibə ilə bağlı sevindirici AÇIQLAMA: “İrəliləyiş var…”

Media 01 Aprel 2022 | 15:51
OXUNUB: 1293
Rusiyanın xarici işlər naziri Sergey Lavrov İstanbulda Ukrayna ilə danışıqlardan sonra açıqlama verib.
 
Sfera.az xəbər verir ki, Ukrayna nümayəndə heyətinin təqdim etdiyi təklifə yazılı cavab verməyə hazırlaşdıqlarını ifadə edən Lavrov, "Danışıqlarda irəliləyiş var. Krım və Donbassla bağlı anlaşma əldə olundu", - deyə bildirib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi fonunda tərəflərin görüşləri və bəzi məsələlər üzrə danışıqlar davam etdiriləcək.
 
Həftənin əvvəlində Dolmabahçedə keçirilən görüşdə Ukrayna Rusiyanı NATO-ya üzv olmayacağına və bitərəf statusunu qoruyacağına əmin edib. Cavab olaraq o, qarant ölkələrin də daxil olduğu pilləli təhlükəsizlik strukturunu təklif edib.
 
Ukrayna həmçinin zəmanətçi ölkələrin NATO-nun 5-ci maddəsinə uyğun hərəkət edəcəyi beynəlxalq təhlükəsizlik zəmanəti strukturunun olmasını istəyir.
 
NATO-nun 5-ci maddəsinə əsasən,  üzv dövlətlərdən birinə hücum olarsa, digər NATO ölkələri kömək etməlidir. Kiyev administrasiyası da Ukraynada heç bir xarici hərbi bazanın olmadığını qəbul edib.
 
Ukraynanın təklifinə görə, Krımın ilhaqı ilə bağlı danışıqlar yalnız tam atəşkəslə başlayacaq və danışıqlar 15 il davam edəcək. Donbasın statusu ilə bağlı müzakirələr Ukrayna prezidenti Zelenski ilə Rusiya prezidenti Putin arasında şəxsən baş tutacaq. Nümayəndə heyətlərinin razılaşacağı sülh sazişi Ukraynada keçiriləcəkreferendumda səsə qoyulacaq.
 
Əzizə Zeynal
Sfera.az
   
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man