10-15 manatlıq fitrə zəkatının ƏLÇATMAZLIĞI - Nə qədər pul çıxarılmalıdır? / AÇIQLAMA

Media 01 Aprel 2022 | 13:38
OXUNUB: 3942
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan bayramında veriləcək fitrə zəkatının məbləğini açıqlayıb. Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür.
 
Təqdim olunan məbləğ cəmiyyət arasında müzakirələrə yol açıb və bəzi şəxslər bu rəqəmin yüksək olduğunu bildirib.
 
Görəsən, zəkat məsələsi hansı qaydada həll olunmalıdır?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan ilahiyyatçı Elşad Miri zəkat üçün bəlli bir məbləğin təqdim olunmasının yanlış olduğunu deyib:
 
"Hər kəs imkanı qədər zəkat verə bilər. Bir bayramı nə qədər məbləğlə qeyd edə bilirik? Nəyə görə insanlar üçün bu qədər məbləğ təqdim edirik və ya etməliyik? Bu, Qafqaz Müsəlmanları İdarəsinin açıqlaması ilə həll olmur.  Bu gün onların sözünə əhəmiyyət verən nə qədər insan, ciddiyə alan nə qədər dindar və ya müsəlman var? O qurum sadəcə olaraq mollalarla, məscidlərin ehsan məclislərindən əldə etdiyi qazancla məşğul olur, pir və ocaqlardan gələn vəsait üzərində çalışırlar”. 

İlahiyyatçı zəkat dəyərinin insanların imkanına uyğun olmasını bildirib:

"Azərbaycanda 10-15 manata nahar edə bilirikmi? Bəzən Ramazan ayında QMİ iftar süfrəsi verir. Gəlin görək, onların süfrəsi iftar, ya israf süfrəsidir? Yoxsa, həqiqətən də kasıbların orada olduqları iftar süfrəsi olur? İnsanlar bu məsələni öz imkanlarına və vicdanlarına uyğun olaraq dəyərləndirməli, ürəyindən gəldiyi kimi, yəni Allahın da Quranda bildirdiyi qaydada "sevdiyimiz qədər” ödəniş etməlidir”.
 
Əzizə Zeynal
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man