“Medistyle Hospital”ın borcu yaranıb, şöbələri bağlanıb? - Xəstəxanadan AÇIQLAMA

Media 01 Aprel 2022 | 13:17
OXUNUB: 3194
"Medistyle Hospital”ın dövlət vergi xidmətinə külli miqdarda borcu olması ilə bağlı xəbər yayılıb.
 
Hospitaldan məsələ ilə bağlı Sfera.az-a verilən açıqlamada bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir.
 
"Bir sıra kütləvi informasiya vasitələrində əsası olmayan, qərəzli məlumatlar yayılıb. Bu məlumatlar həqiqəti əks etdirmir. Çünki hospitalın Dövlət Vergi Xidmətinə borcu yoxdur. Xəstəxanamız hazırda da yüksək səviyyədə vətəndaş qəbulunu həyata keçirir. Heç bir şöbəmiz bağlanmayıb".
 
Hospitaldan qeyd edilib ki, əsassız məlumat yayan şəxslərlə bağlı hüquqi müstəvidə tədbirlər görüləcək.
 
Qeyd edək ki, mətbuatda nizamnamə kapitalı 3 milyon 948 min 855 manat olan "Medistyle" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 680 min 897 manat 51 qəpik borcu yarandığı barədə məlumat yer alıb.
 



 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man